Logo

Valideynlərə təhlükəli halla bağlı müraciət - Əgər uşağınızda bu hallar varsa...

31.03.2021 10:38 943 baxış
IMG

"Pandemiyanın əvvəlində COVID-19 virusunun uşaqlara yoluxmadığı və ya azyaşlıların bu infeksiyanı heç bir əlamətsiz və simptomsuz keçirdiyini deyirdik. Təəssüflər olsun ki, pandemiyanın gedişatında biz bunun əksini gördük. Uşaqların da bu infeksiyaya yoluxduğunun və kifayət qədər ağırlaşma ilə keçirdiyinin şahidi olduq".

 

Tehsil.biz xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova bildirib.

 

O əlavə edib ki, uşaqlar koronavirus keçirdikdən 4-6 həftə sonrakı müddətdə postcovıd sindromu deyilən ağır siptomları olan sindrom müşahidə edilib: "Bu sindrom zamanı uşaqlarda günlərlə davam edən və düşmək bilməyən yüksək temperatur, eyni zamanda ürəkdə çox ciddi ürək damarları və qapaqlarının zədələnməsi ilə gedən kavasaki sindromuna bənzər vaskulit sindromunu uşaqlarda gördük.

 

Hansı ki, sindrom zamanı uşaqlarda bütün orqan və sistemlərdə zədələnmələr ola bilir. Əvvəlki aylarla müqayisədə son ştammın da uşaqlarda yüksək hərarət, öskürək, pnivmaniya, mədə bağırsaq simptomları, qusmaq, ishal və s. şikayətlərin yaranması ilə nəticələnir.

 

Xoşbəxtlikdən uşaqlar arasında ölüm halları çox az olub. Ümid edirik ki, uşaqlar üzərində peyvənd mövzusunda aparılan tədqiqatlar öz nəticəsini verər və vaksinasiya uşaqlar üçün də tətbiq olunar.

 

Koronavirus keçirdikdən 4-6 həftə sonrakı müddətdə hərarətin yüksəlməsi, dərmanların qəbul edilməsinə rəğmən qızdırmanın düşməməsi, bütün orqan, sistemlərin zədələnməsi, ürək damarları və koronar arteriyanın zədələnməsi hallarına rast gəlirik. Buna kavasaki sindrom da deyilir. Bu zaman ürəkdə genişlənmə olur və infeksiyadan sonra fəsad da qala bilər.

 

Ona görə, əgər uşaqlarda ürəklərdə koronar genişlənmə varsa, onlar uzun müddət kordioloq nəzarətində olmalı və dərman preparatları qəbul edilməlidir. Çünki koronar genişlənmə uşaqlarda fəsadların yaranmasına gəirib çıxara bilər.

 

Bu səbəbdən valideynlər oyanıq olmalı və koviddən sonra 4-6 həftə ərzində uşaqda yüksək qızdırma və hərarət varsa, vaxtında həkimə müraciət etməlidir".

 

BAKU.WS

Xəbər lenti