Logo

BMU-İNHA İDP-nin I kurs tələbələri arasında növbəti “Brain ring” yarışı keçirilib - FOTO

24.11.2023 11:21 184 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının (Cənubi) İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramının (İDP) I kurs tələbələri arasında növbəti “Brain ring” bilik yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin Xarici dillər kafedrasının təşkilatçıılığı ilə baş tutan yarışda bu dəfə 8 komanda iştirak edib.

Tədbirdə kafedra müdiri Ətrabə Gül belə yarışların keçirilməsinin tələbələrin intellektual səviyyəsinin yüksəldilməsi, təhsilə marağının, sürətli analiz etmə və düşünmə qabiliyyətinin artırılmasında ciddi motivasiya olduğunu qeyd edib.

BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin də tələbələrin fərdi inkişafında və təhsilə bağlılığında, həmçinin dünyagörüşlərinin formalaşmasında bu qəbildən olan yarışların xüsusi yeri olduğunu bildirib.

Seçim və final mərhələsindən ibarət olan intellektual yarışın qalibi “Data Qorqud” komandası olub. Komanda üzvləri - Fərhad Həsənli, Toğrul Abdulla, Hacıbəy İmanlı, Zaur Əsgərli və Tural Azadəliyev mükafat və sertifikatlarla təltif olunublar.

Xəbər lenti