Logo

Magistraturaya qəbulda xarici dil üzrə yazılacaq esseyə bal məhdudiyyəti tətbiq olunacaqmı?

24.11.2023 12:00 276 baxış
IMG

Məlumat verildiyi kimi, növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlara yazı bacarıqlarını yoxlayan tapşırıq da təqdim olunacaq.

Bu barədə "Tehsil.biz",ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bakalavrlar onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında yazı işini yerinə yetirəcəklər.  

Qeyd edək ki, bakalavrlar yazı işini yerinə yetirib-yetirmədiyindən və ya yazı işi üzrə topladıqları baldan asılı olmayaraq, ümumi müsabiqə şərtlərini ödədikləri halda,  ixtisaslaşma seçimində iştirak edə biləcəklər.

Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.

Mərcanə Əsədova

Xəbər lenti