Logo

"Heç kim 600-700 manata gedib universitetlərdə müəllim işləmək istəmir"

24.11.2023 13:02 353 baxış
IMG

"Bu gün bəzi universitetlərdə müəllimlər 600-700 manat maaş alır və bu gün heç kim 600-700 manata gedib universitetlərdə müəllim işləmək istəmir və ya alim olmaq istəmir. Ona görə birinci maaş məsələsinə baxmalıyıq".

Tehsil.biz xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, ölkəmizdə elmi dərəcə almaq çox müşkül və çətin bir prosesdən keçir:

"Bu proses o qədər qəlizləşdirilib ki, heç kim elmi ad almaq istəmir, heç kim elmi iş müdafiə etmək istəmir. Yaşlı müəllimlərin bilik və təcrübəsinin gənc nəslə ötürülməsi üçün addımlar atmalıyıq. Bu istiqamətdə müəyyən işlər görməliyik. Yaşlı nəslin müəyyən təcrübəsi var, o təcrübədən istifadə edirlər. Universitetlər gənc kadrlara və müəllimlərə qapılarını açmalıdırlar. Bəzi universitetlər gənclərə qapını açmırlar, imkan vermirlər ki, gənc müəllimlərə gəlsinlər, fəaliyyət göstərsinlər".

Xəbər lenti