Logo

UNEC tələbələri üçün növbəti dəfə mentorluq proqramı təşkil edilib - FOTO

24.11.2023 13:59 271 baxış
IMG

“McKinsey & Company” şirkətinin təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə tələbələr üçün mentorluq proqramı təşkil edilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, 4 saat davam edən proqram çərçivəsində “McKinsey” məsləhətçiləri ISE tələbələrinə MBA, magistr proqramları, karyera seçimləri, iş müsahibəsinə hazırlıq mövzularında mentorluq ediblər. “Birə-bir mentorluq” formatında təşkil olunan görüşdə hər tələbəyə 30 dəqiqə vaxt müəyyən edilərək, şirkətin məsləhətçiləri tərəfindən onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

“McKinsey & Company” tərəfindən ISE tələbələri üçün mentorluq proqramı 2022-ci ildən etibarən mütəmadi olaraq keçirilir.

Xəbər lenti