Logo

“İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda konfrans başa çatıb

24.11.2023 17:13 245 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı başa çatıb.

Tehsil.biz xəbər verir ki, konfransda mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Mərasimində çıxış edən ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova universitetdə elmin, təhsilin inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edib.

Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Konfransda fərqlənən iştirakçılara sertifikatlar verilib.

Xəbər lenti