Logo

Xüsusi qabiliyyət tələb edən xoreoqrafiya sənəti ixtisası üzrə seminar keçirilib - FOTO

24.11.2023 19:09 259 baxış
IMG

Bu gün xüsusi qabiliyyət tələb edən xoreoqrafiya sənəti ixtisası üzrə seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Seminarda xüsusi qabiliyyət tələb edən xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanı proqramı, qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, qəbul şərtləri və növbəti tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib.

Müzakirədə qiymətləndirmə meyarlarının təftişi və yenilənməsi ilə bağlı işçi qrupunun yaradılması, səsləndirilən qeyd və təkliflərin "Abituriyent" jurnalının teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə xüsusi buraxılışında nəzərə alınması məqsədəuyğun hesab edilib.

Xəbər lenti