Logo

Heydər Əliyev və insan hüquqları - MƏQALƏ + FOTO

24.11.2023 23:02 588 baxış
IMG

Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının tarixində bir günəş kimi doğaraq onun taleyini və həyat yolunu nura qərq etdi. Fikrimi başlamaq üçün seçdiyim bu ifadə,məncə,məcazə sarılmlş bir gerçəklikdir! Çünki H.Əliyev dühasının Azərbaycan Dövlətçiliyi və xalqı üçün etdikləri gizlədilməsi,ya da danılması mümkünsüz olan əbədi gerçəklikdir! Hakimiyyətə gəldiyi ilk gündən etibarən müxtəlif sahələrdə məqsədyönlü və ardıcıl fəaliyyət göstərən Uluöndər əlindən gələni əsirgəməmiş, xalqının əbədi rifahı və çiçəklənən gələcəyi üçün dəyərli islahatlar aparmışdır.

Düşünürəm ki, H.Əliyev şəxsiyyətini zirvələrə ucaldan ən başlıca məqam onun xalqın hüquq və haqlarının ən böyük müdafiəçisi olması, həmçinin bu yolda əsaslı işlər görməsi ilə bağlıdır.

Ulu Öndər yaxşı bilirdi ki, hər bir insan onun mənsub olduğu irqdən,  cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və  azad olmaq hüququna malikdir.Məhz bu ideologiyanı əsas götürən H.Əliyev deyirdi:

“Əgər hər hansı ölkənin xalqları  öz hüquqlarını anlaya və onları qoruya bilirsə, o zaman ən kiçik d övlət belə ən böyük məmləkət qədər güclü olar!” Əslində elə Dahi şəxsiyyətin amalı, arzusu da məhz bu idi. Öz hüquq və haqlarını bilən, həmçinin onları qoruyaraq qürurla yaşayan insanlardan ibarət bir məmləkət qura bilməkdir.

Azərbaycanda insan hüquqlarının inkişafı ilə bağlı ən mühüm  dönəm 1993-cü ildən sonrakı dövrü əhatə edir. Həmin dövrdə ilkin olaraq Beynəlxalq konvensiyalara qoşulmaq,daha sonra isə həmin konvensiyalar əsasında  müasir milli-hüquqi formalar işləyib hazırlamaq, mövcud normaları beynəlxalq sənədlər əsasında təkmilləşdirmək Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələr idi.

1995-ci ildə Konstutsiyanın qəbulu insan hüquq və azadlıqlarına yeni yanaşmasını təqdim etdi. Konstutsiyanın qəbul edilməsi xalqımızın  həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvüləri tərəfindən etibar edilən və edilməsi  mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq  bir-birini tamamlamasıdır.

Ulu Öndər H.Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində cinayət- hüquq siyasətini  hərtərəfli təhlil edərək ədalət, azadlıq, hümanizm  və insanpərvərlik  kimi yüksək ideaları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə  gəldiyini bildirib. Milli Məclis H.Əliyevin ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da bu tarixi qərar qəbul edilib. Ölüm hökmünün ləğvi ilə  Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv etməklə bəşəri hümanizmə  və beynəlxalq hüquq normalarına  sadiqliyini bir daha nümayiş etdirib.

Ölkəmizdə vətəndaşın hüquq və azadlıqlarının konstitusiya təminatlarının  yerinə yetirilməsi  mexanizmində  insan hüquqları üzrə Müvəkkil yəni Ombusmanın təsisatının yaradılması da məhz H.Əliyevin adı ilə bağlıdır.2001-ci il dekabırın  28-də Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul edib.

2002-ci il martın 5-də Ulu Öndər H.Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusman) haqqında” Azərbaycan Respublikasi Konstitusiya Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb.

“Mən bütün həyatımı xalqımın gələcəyinə həsr etmişm”Deyən H.Əliyev,həqiqətən də əsl xalq və vətən aşiqi idi.Onun gərgin fəaliyyəti,xalqımızın və ölkəmizin rifahı üçün dayanmadan və məqsədyönlü çalışması,imzaladığı fərmanlar, qəbul etdiyi qərarlar da məhz bunların sübutudur.

Məncə, Ümummilli Liderin xalqımızın gələcək taleyi üçün vediyi ən böyük töhvə məhz onun idealarını davam etdirən bir başçı yetirməsi oldu.

H.Əliyev 2003-cü ildə  Azərbaycan xalqına müraciət edərək demişdir: “Mən inanıram ki, mənim sona kimi başa çatdira bilmədiyim  taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz  və köməyinizlə axıra qədər başa çatdıracaq!

Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm. Həqiqətən də “ot kökü üstə bitər” atalar sözü öz təsdiqini tapdı: Ulu öndərin xalqla bağlı yarımçıq qalmış arzularını məhz İ.Əliyev çiçəkləndirdi. 

Bütün sahələrdə olduğu kimi,insan hüquqlarının qorunması yönündəki fəaliyyətləri ilə İ.Əliyev layiqli bir siyasi məktəb keçdiyini sübüt etdi.Cənab Prezidentin 2007-ci ildə imzaladığı sərancamla ilk Dövlət  Proqramının  qəbul olunduğu günün -18 İyun tarixinin  ölkəmizdə İnsan Hüquqları Günü elan olunması dövlətimizin və onun başçısının insan hüquqlarına əsas münasibətinin bariz təzahürüdür.

Həmçinin Dövlət Başçımızın  13-iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial inovasyalar üzrə Dövlət Agentliyinin yaradılması şəffavlığın artırılması ilə insan hüquqlarının pozulmasının qarşısını almaq üçün mühüm tədbirlərdən biri olmuşdur.

İllər öncə erməni təcavüzkarlarının  xalqımızın hüquq və haqlarını  vəhşicəsinə  pozaraq başımıza gətirdikləri  işğalları və olmazın oyunları bütün dünyaya bəyan etməyə çalışan, haqqı tapdanmış, ata- baba yurdundan  didərgin salınmış soydaşlarımıza dəymiş zərəri  Ermənistan dövlətinə ödətmək üçün əlindən  gələni edən H.Əliyevin ruhu bu gün, nəhayət ki,şaddır! Çünkü 2020-ci ildə ölkəmizin Ali Baş Komandanı Cənab İ.Əliyevin “Dəmr yumruq” siyasəti nəticəsində cəmi 44 gün müddətində 30 illik torpaq və vətən həsrətimizə son qoyuldu! Öz xalqının haqlarının ən böyük müdafiəçisi və qoruyucusu olduğunu bir daha sübut edən  Ulu Öndər yetirməsi – İ,Əliyev Azərbaycan nəyə qadir olduğunu bəyan etdi! Bu yolda onun ən böyük dəstəkçisi və stimul mənbəyi haqqı uğrunda mübarizəyə qalxmış xalq, bir də illər öncə beyninə həkk edilmiş dəyərli ata vəsiyəti oldu!

Qələbədən sonra kürsüdən Prezidentin böyük iftixarla etdiyi çıxış hər kəs kimi məni də bir vətənpərvər olaraq  cox duyğulandırdı.”Xoşbəxt adamam ki ata vəsiyyətini yerinə yetirdim” deyən Ali Baş Komandan illər öncə itirilmiş torpaqlarımızla bərabər,haqqı tapdalanmış, yaşamaq,yaratmaq, xoşbəxt olmaq ixtiyarı illər öncə vəhşicəsinə əlindən alınmış xalqın mənəvi gücünü,şərəfini də özünə qaytardı!

Bu qələbə bütün cahana onu göstərdi ki,haqq uğrunda mübarizə edənin kürəyi yerə gəlməz,qolu bükülməz!

H.Əliyevin də dediyi kimi: “Haqqını qorumaq üçün birlik olan xalq həmişə qalibdir!

Təvəkkül Namazov
Gəncə şəhər M.A.Abbaszadə adina 20 nömrəli tam orta məktəbin 8-ci sinf şagirdi

Xəbər lenti