Logo

ADNSU tələbələri beynəlxalq proqramlaşdırma müsabiqəsində uğurla təmsil olunub - FOTO

25.11.2023 11:00 310 baxış
IMG

Azərbaycan ali təhsil müəssisələri 2005-ci ildən etibarən “ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak edir.

Tehsil.biz xəbər verir ki, Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XIX Azərbaycan Birinciliyi) keçirilib.

Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib. Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik olaraq sistem vasitəsi ilə həyata keçirilir.

ADNSU müsabiqədə dörd komanda ilə təmsil olunub. Universitetin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müəllimi Elviz İsmayılovun rəhbərlik etdiyi ASOİU-1.  komandası (SABAH qruplarının Kompüter mühəndisliyi ixtisasının 3 kurs tələbəsi Məmmədova Nərmin, Kompüter elmləri ixtisasının 3 kurs tələbələri Həsənov Səddam, Əbilov Namiq)  yarımfinalda iştirak edəcəklər.

Qeyd edək ki, komandamız cari ilin 10-14 dekabr tarixlərində Gürcüstan Respublikasında keçiriləcək “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi) iştirak hüququ qazanıb.

Xəbər lenti