Logo

Şərqşünas alim beynəlxalq simpoziumda Osmanlı dövlətinə göndərilmiş kitab haqqında məruzə edib

25.11.2023 13:17 269 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova Türkiyənin Ədirnə şəhərində Trakya Universitetinin təşkil etdiyi “III Beynəlxalq Osmanlı İzləri Simpoziumu”nda iştirak edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, şərqşünas alim onlayn qatıldığı simpoziumda “Osmanlı dövlətinə göndərilmiş bir hədiyyə: “Kəşfü'l Həqayiq" kitabı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müqəddəs kitabımız “Qurani Kərim”in Azərbaycan türkcəsində təfsirinin 3 cildlik nəşrinin Osmanlı sultanı II Əbdülhəmid xana göndərilməsini əks etdirən Osmanlı arxiv sənədlərindən bəhs olunub. Məruzəçi bu məlumatların 4 sənəddə qeyd olunduğunu bildirib, bəzi hissələrin tərcüməsini göstərib və H.Z.Tağiyevin xeyriyyəçilk fəaliyyəti haqqında geniş məlumat verib.

Xəbər lenti