Logo

Təhsilin İnkişafı Fondunun nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir - FOTO

25.11.2023 14:34 234 baxış
IMG

Təhsilin İnkişafı Fondunun nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Fonddan "Tehsil.biz"ə bildirilib ki, səfərin məqsədi innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası mövzularına dair məlumat və mübadilə proqramının həyata keçirilməsidir.

Səfər çərçivəsində Fondun nümayəndələri Teknopark İstanbul, TÜBİTAK Mərmərə Araşdırmalar Mərkəzi (MAM), Türkiyə Qida İnnovasiya Platforması (TUGİP), TUBİTAK BİLGEM, İNNOFOOD, YTÜ Yıldız Teknopark və digər qurumların rəhbərləri ilə görüşlər keçiriblər.

Görüşlər zamanı texnoparkların hədəfləri, fəaliyyət istiqamətləri, həyata keçirdikləri yerli və beynəlxalq layihələr, beynəlxalq əməkdaşlıqları haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, texnoparklara aid tədqiqat və inkişaf mərkəzləri, startap inkubatorları, emalatxanalar və laboratoriyalarla tanışlıq baş tutub.

Gələcəkdə Təhsilin İnkişafı Fondunun Teknopark İstanbul, TÜBİTAK MAM və YTÜ Yıldız Teknopark arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti