Logo

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri şagirdi döyüb - İDDİA

25.11.2023 20:27 362 baxış
IMG

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə iddia yayılıb.

Bildirilib ki, hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə baş verib.

Belə ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

Xəbər lenti