Logo

“Həqiqət və məcaz” mövzusunda inteqrativ dərs keçirilib

26.11.2023 12:12 270 baxış
IMG

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində “Həqiqət və məcaz (İrfan söhbətləri)” mövzusunda ibtidai sinif müəllimliyi (ingilis dilində) I kurs tələbələri üçün açıq dərs keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, departamentin müəllimləri Qardaşxan Əzizxanlı və Rüstəm Lazımov dünyamızı “vasitələr dünyası” adlandıran irfançıların insanları həqiqi və məcazi vasitələrlə kəmiyyət pilləsindən keyfiyyət pilləsinə səslədiklərindən söz açaraq, onların ağıl və “vasitəsiz dünya” sayılan eşq pilləsi arasında gediş-gəliş edərək həqiqəti qavramağa çalışdıqlarından danışıblar.

R.Lazımov “İrfan nədir?” sualına “İrfan iki addımdır bir addımını qoyursan nəfsin üzərinə, o birisi addımda artıq Haqqı bulmuş olursan,” – deyə irfan alimlərinin sözləri ilə cavab verib.

Açıq dərs tələbələrin və mühazirəçilərin qarşılıqlı sual-cavabı ilə yekunlaşıb.

Xəbər lenti