Logo

Şəhid Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib - FOTO

26.11.2023 14:09 239 baxış
IMG

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. 

Tehsil.biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, liseyin zabit, müəllim və kursant heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçılarına M.Yaqubovun şərəfli həyat yolu haqqında məlumat verilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti