Logo

ADU-da “Stressin idarə olunması" adlı seminar keçirilib

26.11.2023 18:39 227 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində "Stressin idarə olunması" mövzusunda seminar təşkil olunub.

ADU-dan "Tehsil.biz"ə verilən məlumata görə, seminar psixoloq-kouç Z.Əsədovanın spikerliyi ilə reallaşdırılıb.

Təqdimat zamanı stressin yaranma səbəbləri barədə geniş məlumat verilib, onun aradan qaldırılması yollarından bəhs edilib, tələbələrin sualları cavablandırılıb, açıq müzakirə təşkil olunub.

Xəbər lenti