Logo

Təhsil İnstitutu məktəblərin pedaqoji heyəti üçün təlimləri davam etdirir

26.11.2023 19:12 246 baxış
IMG

Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində pedaqoji heyətin peşəkar inkişafı yönündə keçirilən təlimlər davam edir.

Bu barədə "Tehsil.biz"ə ARTİ-dən bildirilib.

13–22 noyabrda 91, 111, 162, 238, 242, 260 və 284 nömrəli tam orta məktəblərdə “Gündəlik planlaşdırma və məktəbdaxili qiymətləndirmə” mövzusunda təlimlər təşkil edilib. Təlimlərə bütün fənlər üzrə müəllimlər, eləcə də direktor müavinləri olmaqla ümumilikdə 210-dan çox şəxs cəlb olunub.

Təlimlərin məqsədi müəllimlərin gündəlik planlaşdırmasının aparılması, təlim nəticəsi, müvafiq qiymətləndirmə meyarı və öyrənmə fəaliyyətinin müəyyənləşdirilməsi bacarıqlarını təkmilləşdirməkdir.

Təlimlər zamanı müəllimlər planlaşdırma nümunəsi hazırlayıblar və onların təqdimatları ilə bağlı müzakirələr aparılıb. İnteraktiv şəkildə təşkil edilən təlimlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə müəllimlərin tədris ehtiyaclarını müəyyənləşdirmək və inkişaf dinamikasını izləmək üçün onlarla mütəmadi olaraq metodik görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti