Logo

"Pantomim buketi" tamaşası nümayiş olunub - FOTO

26.11.2023 19:35 144 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri həyata keçirilir.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"​​​​​​ə bildirilib ki, layihə çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrı noyabrın 23-də Füzuli şəhərinə səfər edib.

Füzuli  Dram Teatrında pantomimçilər  teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan  "Pantomim buketi" tamaşasını nümayiş ediblər.

Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri  Xalq artisti Bəxtiyar Xanızadədir.

Peşəkar pantomimçilərin ifasında mürəkkəb pantomim elementlərin icra olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Füzuli  teatr rəhbərliyi "Heydər Əliyev İli" çərçivəsində onların qonağı olan Dövlət Pantomim Teatrının kollektivinə təşəkkür edib, teatrın bu gəlişinin Füzuli  teatrsevənləri üçün əsl bayram olduğunu vurğulayıb.

Xatırladaq ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

​​​​​​

Xəbər lenti