07.11.2023-cü il tarixində Bakı şəhəri 90 nömrəli məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Tehsil.biz xəbər verir ki, bu barədə məktəbdən bildirilib.
Qeyd olunub ki, məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Qeyd edək ki, Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılmışdı.