Bakı Musiqi Akademiyasının tələbəsi bədbəxt hadisə nəticəsində ölüb.
Tehsil.biz xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, akademiyanın tələbəsi Aynur Əmirxanova yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Qeyd edək ki, A.Əmirxanovanın atası I Qarabağ müharibəsi qazisidir.