Logo

Qazaxıstanın Tarix və Etnologiya İnstitutunun direktoru Nizami Muzeyinin qonağı olub - FOTO

27.11.2023 10:58 210 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi növbəti tədqiqatçı qonaqlarını qəbul edib.

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, Qazaxıstanın Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Ziyabəy Kabuldinov AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürovun müşayiəti ilə Nizami Muzeyini ziyarət edib.

Qazaxıstanlı alimi muzeyin ekspozisiyası ilə Aygün Abbasquliyeva tanış edib. Tarixçi-alim ekspozisiyanın zənginliyini xüsusi vurğulayaraq, tarixin gedişində ədəbiyyatımızın inkişafının bütün mərhələlərini müşahidə edə bildiyini söyləyib.

Qonaq Türk xalqlarının bir-birini tanıması baxımından ortaq mədəniyyətin və ədəbiyyatın daha da inkişaf etdirilməsi arzusu ilə muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib, muzeyin “Rəy kitabı”na ürək sözlərini yazıb.

Qeyd edək ki, professor Ziyabəy Kabuldinov AMEA-nın Tarix İnstitutu ilə imzalanmış memorandum çərçivəsində ölkəmizdə səfərdədir.

Xəbər lenti