Logo

Nazir müavini SAF könüllüləri ilə görüşüb - FOTO

27.11.2023 12:56 185 baxış
IMG

Beynəlxalq STEAM Azərbaycan Festivalı – SAF 2023-də fəaliyyət göstərəcək tələbə-könüllülərlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, 300 tələbənin iştirakı ilə keçirilən görüş Bakı Slavyan Universitetində (BSU) baş tutub.

Görüşdə giriş nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev tələbə-gənclərin könüllülük hərəkatından söz açaraq müasir Azərbaycan gəncliyinin formalaşmasında könüllülüyün rolundan danışıb.

Daha sonra görüşdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov  könüllülük, gənclərin ictimai və sosial fəaliyyətlərdə iştiraklarının əhəmiyyətini vurğulayıb, həmçinin bu fəaliyyətlər vasitəsilə fərqli bacarıqlar və təcrübə qazanmağın önəmini bildirib.

Görüşün üçüncü spikeri "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov olub. İqrar Nəzərov tədbir iştirakçılarına SAF 2023-ün təşkili ilə bağlı məlumat verib və layihənin ölkə üçün əhəmiyyətindən bəhs edib.

Görüş “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Leyla Zeynalova və "STEAM Azərbaycan" layihəsinin koordinatoru Hafiz Tofidinin təlimləri ilə davam edib.

Xəbər lenti