Logo

Beynəlxalq ekspert BDU-nun tələbələrinə mühazirə oxuyub - FOTO

27.11.2023 13:23 219 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Komitənin Şərqi Avropa üzrə regional əlaqələndiricisi, beynəlxalq humanitar hüquq sahəsində tanınmış ekspert Andrey Kozik tələbələrə “Beynəlxalq humanitar hüququn əsasları” mövzusunda mühazirə deyib. Mühazirədə müasir dövrdə baş verən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn tətbiqi qaydaları, bu zaman yaranan problemlər, innovativ texnologiyalardan istifadə barədə məlumat verilib.

Görüş zamanı Hüquq fakültəsi ilə BQXK arasında əməkdaşlıq əlaqələri və birgə tədbirlərin həyata keçirilməsi, müəllim və tələbələrin dəstəklənməsi məsələləri müzakirə olunub. Tələbələr belə mühazirələrin onların nəzəri bilikləri və praktiki bacarıqlarının artırılmasında xüsusi əhəmiyyət daşıdığını, gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmalarında müstəsna rol oynayacağını qeyd ediblər.

Sonra tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti