Logo

AzTU-nun 8 tələbəsində qızılca aşkarlanıb

27.11.2023 13:55 280 baxış
IMG

Azərbaycan Texniki Universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq universitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib.

"AzTU-da ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Həmin tələbələr izolyasiya olunublar. Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib", - deyə S.İsgəndərova qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti