Logo

Bakı Zooloji Parkında dərs-ekskursiyalar keçirilir - FOTO

27.11.2023 14:23 189 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri  tərəfindən Bakı Zooloji Parkında dərs-ekskursiyalar keçirilir.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən bildirilib.

Dərs-ekskursiyalar Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na əsasən təşkil edilir.

Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.

Bakı Zooloji Parkında əsasən həyat bilgisi, biologiya və coğrafiya fənləri üzrə dərslər keçirilir.

Dərs-ekskursiyalar “Canlılar aləmi”, "Yer təbiətinin müxtəlifliyi”, “Canlıların müxtəlifliyi”,  “Heyvanlar”, “Bitki və heyvanların yaşayış mühiti”, “Azərbaycan Respublikasının torpaq, bitki örtüyü və heyvanat aləmi”, “Canlıların yaşadığı yerlər” və s. mövzular əsasında təşkil olunur.

Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verilir. Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırılır.

Xəbər lenti