Logo

“Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiadanın seçim turu keçirilib

27.11.2023 14:40 215 baxış
IMG

Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiadanın seçim turu keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, seçim turunda 80-ə yaxın tələbə test imtahanı verib və onlardan 20 nəfəri final mərhələsində iştirak etmək hüququ qazanıb. Qaliblərdən 13 nəfər Maliyyə və mühasibat fakültəsinin, 4 nəfər “SABAH” Mərkəzinin, 2 nəfər Beynəlxalq İqtisadiyyat Məktəbinin, 1 nəfər isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tələbəsidir.

Olimpiadanın yekun turu noyabrın 28-də keçiriləcək.

“Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiadada ilk 3 yeri qazanmış tələbələr Hesablama Palatası tərəfindən mükafatlandırılacaq və sertifikatlar əldə edəcəklər.

Xəbər lenti