Logo

“Kadrların seçilməsi” mövzusunda təlim təşkil edilib

27.11.2023 15:14 169 baxış
IMG

24 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub. 

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən kadr və HR anlayışı, səriştələr, təşkilati mədəniyyət mövzuları barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, əməkdaşlarla qarşılıqlı fikir mübadiləsi aparılıb və onların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Mərkəz tərəfindən dövlət qurumları, özəl sektorlar və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti