Logo

Məktəblinin döyülməsi iddiaları ilə bağlı araşdırmalara başlanıldı

27.11.2023 15:30 192 baxış
IMG

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tehsil.biz xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, hadisənin səbəbi və başvermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Xəbər lenti