Logo

“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı işıq üzü görüb

27.11.2023 15:46 292 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, “Elm” nəşriyyatında işıq üzü görən 460 səhifəlik kitab Xalq yazıçısı Mehdi Hüseyn və tarixi ədəbi prosesə həsr olunub. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində tərtib edilən kitaba Mehdi Hüseynin şəcərəsi, tərcümeyi-halı və yaradıcılıq yolunu əhatə edən, müasir demokratik elmi meyarlar mövqeyindən yazılmış tədqiqat işləri daxildir.

İşin layihə rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Nəşrin rəyçiləri isə filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

Xəbər lenti