Noyabrın 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iclasda şöbələrin 2023-cü ildə gördüyü işlərin hesabatı dinlənilib.
İclasda bildirilib ki, bir il ərzində institut əməkdaşları 1 istiqamət, 14 problem, 20 mövzu, 100 iş üzərində tədqiqat aparıblar.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may və 2013-cü il 9 aprel tarixli sərəncamların yerinə yetirilməsi vəziyyəti şöbə müdirlərinin təqdimatında dinlənilib. Məruzələr ətrafında suallar cavablandırılıb və hesabatlar qənaətbəxş hesab olunub.