Bu gün Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, prokurorluq əməkdaşları, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə baş tutan interaktiv təlimdə prokurorluq orqanlarında həyata keçirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlənilib, o cümlədən mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Vətəndaşların operativ və düzgün məlumatlandırılması məqsədilə təşkil olunmuş interaktiv təlim zamanı həmçinin, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, bu cür təlimlərin davamlı olmasının zəruriliyi qeyd edilib.