Logo

Geomaqnit sahəsinin aktiv və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır

27.11.2023 16:47 266 baxış
IMG

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub.

Günəşin səthində ləkələrin sayı artaraq, 11 ləkə qrupunda 169 ləkə və tac dəliyi müşahidə edilir. Hazırda Günəş küləyinin sürəti 483 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.33 nT, radial istiqamətdə isə -1.82 nT təşkil edir.

Noyabrın 27-dən dekabrın 3-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin noyabrın 29-dək yüksək səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinə müsbət qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsirinin zəifləməsi və normala dönməsi gözlənilir.

Geomaqnit sahəsinin tac dəliyinin təsiri ilə noyabrın 29-dək aktiv və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır.

Xəbər lenti