Logo

Binəqədidə məktəbdən oğurluq edilib

27.11.2023 18:01 173 baxış
IMG

Binəqədi rayonunda məktəbdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən (DİN) "Tehsil.biz"ə verilən məlumata görə, noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti