Logo

BDU-nun Tarix fakültəsinin əməkdaşları Naxçıvanda Beynəlxalq konqresdə məruzə ediblər - FOTO

27.11.2023 22:29 391 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müəllimləri Hicran Mahmudova, Fəxriyyə Həvilova və Almaz Şabanova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi,  Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması tərəfindən keçirilən “Qərbi Azərbaycan: Böyük qayıdışa gedən yol”  mövzusunda I Beynəlxalq konqresdə iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Hicran Mahmudova tədbirdə “Qərbi Azərbaycanın arxeoloji irsi: ənənələr və varislik”, Fəxriyyə Həvilova “Etnoqrafik tədqiqatlarda aşıq yaradıcılığı və Göyçə aşıq məktəbi”, Almaz Şabanova “Qərbi Azərbaycan xalçalarında rəng semantikası” mövzularında çıxışlar ediblər.

Çıxışlarda vaxtilə ermənilərin əzəli ərazilərimizə məqsədli köçürüldüyü, sonralar onların tarixi torpaqlarımız hesabına “ərazilərini” genişləndirərək xalqımıza qarşı kütləvi qırğınlar, deportasiyalar həyata keçirdikləri diqqətə çatdırılıb. Qeyd olunub ki, havadarlarının dəstəyi ilə öz planlarını reallaşdıran ermənilər Qərbi Azərbaycanda ümumilikdə 704 kəndin türk mənşəli adını dəyişib, zaman-zaman soydaşlarımızı doğma torpaqlarından didərgin saldıqdan sonra 500 azərbaycanlı kəndini dağıdıb, bölgəni süni şəkildə erməniləşməyə məruz qoyublar.

Xəbər lenti