Logo

Şamaxı Astrofizika Rəsədxanasında illik hesabat iclası keçirilib

27.11.2023 23:00 213 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi şurasının növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, 2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair hesabat çıxışlarının dinlənildiyi iclasda rəsədxananın elmi və köməkçi şöbələrinin müdirləri, o cümlədən elmi fəaliyyət planı üzrə mövzu və iş rəhbərləri iştirak edib.

Tədbiri elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

Sonra ŞAR-ın elmi şöbələrinin müdirləri və müvafiq elmi işlər üzrə rəhbərlərin 2023-cü il ərzində apardıqları elmi-tədqiqat işləri, çap olunan elmi məqalələr, əldə edilən mühüm elmi nəticələr, şöbələrin kadr potensialı haqqında məruzələr dinlənilib. Çıxışlarda elmdə innovasiya fəaliyyəti, beynəlxalq əlaqələr və qrant layihələri haqqında da məlumat verilib.

Daha sonra rəsədxananın köməkçi şöbələrinin rəhbərləri cari ildə görülən işlər barəsində məruzə ilə çıxış ediblər. Çıxışlar zamanı elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə bağlı fikirlər səsləndirilib.

Təqdim olunan hesabatlar ətrafında geniş müzakirələr aparılıb və müzakirələrin yekununda Elmi şura üzvlərinin açıq səsverməsi ilə hesabatlar qəbul edilib.

Xəbər lenti