Logo

MDU Qətərdə Beynəlxalq Universitetlər Assosiasiyasının Baş Konfransında təmsil olunub - FOTO

28.11.2023 09:30 166 baxış
IMG

25-27 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qətərin paytaxtı Doha şəhərində “Ali təhsilin təsirləri: mədəniyyətlərarası öyrənmə və dialoqun əhəmiyyəti” mövzusunda təşkil olunan Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) 17-ci Baş Konfransında iştirak edib.

Tehsil.biz xəbər verir ki, 70-dən çox ölkəni təmsil edən 300-dən artıq universitet rektorunun və ali təhsil mütəxəssisinin qatıldığı beynəlxalq konfransa Qətər Universiteti evsahibliyi edib.

Konfransın açılış mərasimində Qətər Dövləti Şurasının sədr müavini, Qətər Universitetinin rektoru və IAU-nun prezidenti çıxış ediblər.

Konfransda mədəniyyətlərarası səriştələr, qlobal vizyonlu universitetlər, açıq elm, universitet reytinqləri, ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin mədəniyyətlərarası əməkdaşlıqda rolu və digər vacib və maraqlı mövzularda müzakirələr aparılıb.

MDU-nun rektoru Ş.Bayramov konfransın işində, bölmə iclaslarında və müzakirələrdə fəal iştirak edib.

Konfrans çərçivəsində rektor, həmçinin Qətər Universiteti də daxil olmaqla IAU üzvü olan bir neçə universitetin rektorları ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Qeyd edək ki, MDU 2022-ci ildə IAU-nun üzvü olub.  2022-ci ilin 25-28 oktyabr tarixlərində Dublində keçirilmiş IAU-nun 16-cı Baş Konfransında MDU rektoru bu beynəlxalq təşkilatın idarə heyətinə üzv seçilib.

​​​​​​

Xəbər lenti