Logo

"300 məktəbdə pilot layihə olaraq şagird davranış qaydaları tətbiq olunur"

28.11.2023 11:22 270 baxış
IMG

"300 məktəbdə pilot layihə olaraq şagird davranış qaydaları tətbiq olunur".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib.

O bildirib ki, layihə davam edir:

"2024-cü ilin əvvəlində layihə tamamlanacaq. Növbəti ildən layihənin əhatə dairəsinin 500 məktəbə çatdırılması nəzərdə tutulur. Hazırda layihə tətbiq olunan məktəblərdə monitorinqlər davam edir".

Mərcanə Əsədova

Xəbər lenti