Logo

Gələn ay hansı müəllimlərin sertifikasiyaya cəlb olunacağı açıqlanacaq

28.11.2023 11:37 277 baxış
IMG

"Həssas qrupdan olan və iş üçün müraciət edən 130 nəfər təhsil müəssisələrində müxtəlif işlərlə təmin olunub".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib 

O bildirib ki, bu işlər yardımçı vəzifələrdir, məktəbdaxili şagirdlərin təhlükəsizlik məsələsi, eləcə də sosial baxımdan inkişaf üzrə olan istiqamətlər bura aiddir.

"Bu ilin sertifikasiya imtahanlarının fənlər üzrə təhlilləri tamamlanıb. Dekabrın ilk ongünlüyündə növbəti il üçün hansı fənn müəllimlərinin sertifikasiya imtahanına cəlbi məsələsi açıqlanacaq”, - Eşqi Bağırov qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti