"Hesab edirəm ki, dərs yükünün ağırlığına yox, onların məzmununa yenidən baxılmalıdır”.
Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
"Bu, hansısa fənlərin dəyişdirilməsi yolu ilə edilir. Əsasən şagirdlərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində bu həyata keçirilir. Lakin dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa ehtiyac yoxdur”, - Eşqi Bağırov qeyd edib.
Kənan Nağıbəyli