Logo

BMU tələbələri İnteraktiv Elm Muzeyində olublar - FOTO

28.11.2023 12:49 192 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) mexanika mühəndisliyi, logistika və nəqliyyatda servis ixtisaslarının bir qrup tələbəsi İnteraktiv Elm Muzeyində ekskursiyada olub.

Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib.

Bildirilib ki, universitetin Logistika və nəqliyyat texnologiyalar kafedrasının təşkil etdiyi ekskursiyada Mühəndislik fakültəsinin dekan müavini Osman Mirzəyev, kafedranın müdiri Bəxtiyar Namazov da iştirak edib.

Ekskursiya zamanı 150-dən çox eksponata malik muzey haqqında ətraflı məlumat verilib. Muzeyin qurucusu və rəhbəri Elçin Abbasov bildirib ki, burada sənaye inqlabının təməlini qoyan buxar mühərrikindən tutmuş, ən müasir ion mühərrikini işlək vəziyyətdə görmək mümkündür. Bundan başqa, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri və qarşılıqlı çevrilmələri, Arximed qanunu, Tesla babini, vakuumun təsiri, işığın və səsin xüsusiyyətləri kimi fiziki anlayışları eksperimentlərdə əyani şəkildə müşahidə etmək olar.

Ziyarətçilər bir çox maraqlı mühərriklərin, eksponantların iş prinsiplərini əyani şəkildə izləyiblər.

Xəbər lenti