Logo

"Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır”

28.11.2023 13:06 183 baxış
IMG

"Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır”.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O, bir çox hallarda təhsil ekspertlərinin reallığı əks etdirməyən rəqəmlərlə çıxış etdiklərini bildirib:

“Həmin şəxslərlə mübarizə aparmağımız düzgün deyil. Biz işimizi və ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq”, - Ü.Səttarova qeyd edib.

Agentlik direktorunun sözlərinə görə, özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır.

“Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk”.

Kənan Nağıbəyli

Xəbər lenti