2023-2024-cü tədris ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər təşkil edib.
Tehsil.biz xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu da əvvəlki illərlə müqayisədə 10 % artım deməkdir:
"Göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır. Ən çox tələb olunan ixtisas, həmişə olduğu kimi aşpazlıq üzrə olub".
Mərcanə Əsədova