Gələn ildən 5 peşə təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi mümkün olacaq.
Tehsil.biz xəbər verir ki, bunu Təhsildə Keyfiyyət təminatı üzrə Dövlət Agentliyinin sədr müavini, sədrin vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, bu il 3-4 peşə təhsil müəssisəsində pilot şəklində proses davam edir:
"Dekabrda prosesin yekunlaşdırılması nəzərdə tutulur".