Logo

Kimyaçı alimlərin Tbilisidə keçirilən beynəlxalq konfransda elmi məruzələri dinlənilib

28.11.2023 16:28 149 baxış
IMG

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Elm, təhsil, innovasiyalar və kimya texnologiyaları ideyadan tətbiqə qədər” mövzusunda II beynəlxalq elmi konfransda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

ABŞ, Gürcüstan, Almaniya, Fransa, Yaponiya, Belçika, Belarus, Bolqarıstan, Qazaxıstan və digər ölkələrdən olan alimlərin də iştirak etdikləri tədbirin məqsədi ən son fundamental və texnoloji tədqiqatların nəticələrini müzakirə etmək, elm sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək olub.

Beynəlxalq tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantları Sevil Xəlilova “Dəmir tərkibli pp və hdpe əsaslı kompozitlərin sintezi və xarakteristikası”, Sevinc Osmanova “Metanın oksidləşdirici birləşməsi üçün MnOx-Na2WO4/ bentonit katalizatorunun səth quruluşuna və elementar tərkibinə kalsinasiya temperaturunun təsiri”, dosent Aygün Rüstəmova “Alüminium oksidinə adsorbsiya edilmiş heteronuklear Fe-Mn(Co) siklopentadienil komplekslərinin istilik sabitliyi və onların parçalanmasının termodinamikası” mövzusunda plenar məruzələr ilə çıxış ediblər.

Sonra digər kimyaçı alimlərimizin də elmi məruzələri dinlənilib.

Xəbər lenti