Logo

AzTU-nun müəllimi Polşada tələbələrə mühazirə deyib - FOTO

28.11.2023 17:46 211 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müəllimi Anar Hacıyev “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, Anar Hacıyev Rzeszow Texniki Universitetində mühəndislik ixtisaslarının tədris metodologiyası ilə tanış olub, universitetin İstehsalat texnologiyaları və istehsalat mühəndisliyi kafedrasının akademik heyəti ilə birlikdə çalışmaq, müasir tədqiqat texnologiyaları ilə bağlı məlumatlar əldə etmək imkanı qazanıb.

O, həmçinin Mexanika mühəndisliyi və aeronavtika fakültəsinin tələbələrinə mühazirə deyib.

Xəbər lenti