Logo

Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub - FOTO

28.11.2023 19:17 268 baxış
IMG

Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təqdim olunub.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Radif Mustafayev 1978-ci ildə Lənkəran rayonunda anadan olub. O, 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb, sonra BDU-nun Sosial elmlər və psixologiya fakültəsində sosial fəlsəfə ixtisası üzrə magistr dərəcəsi alıb.

R.Mustafayev 2006-2007-ci illərdə leytenant rütbəsi ilə motoatıcı taqım komandiri olaraq hərbi xidmət keçib və baş leytenant hərbi rütbəsində ehtiyata buraxılıb. O, 2008-ci ildən elmi fəaliyyətini davam etdirib, dissertasiya müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb, ona 2018-ci ildə dosent elmi adı verilib.

Radif Mustafayev 2020-ci ildə Vətən müharibəsində iştirak edib, medallarla təltif olunub. O, hazırda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisidir.

Xəbər lenti