Logo

"Qırmızı papaq” tamaşası nümayiş olunacaq

28.11.2023 19:40 223 baxış
IMG

Dekabrın 2-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.

Bu barədə "Tehsil.biz"ə Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.

Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Xəbər lenti