Logo

NORM ASC-nin mütəxəssisləri ADNSU tələbələrinə seminar keçib

28.11.2023 20:00 204 baxış
IMG

Noyabrın 28-də Azərbaycan Dövlət Neft Sənaye Universitetində (ADNSU) NORM ASC-nun mütəxəssisləri tərəfindən tələbələrə “Vahid İdarəetmə Sistemi (VİS): Biznesin davamlı inkişafı üçün yol” mövzusunda seminar keçirilib. 

Bu barədə "Tehsil.biz"​​​​​​ə ADNSU-dan bildirilib.

Seminarda Vahid idarəetmə üzrə mütəxəssis Afət Bayramova şirkət haqqında iştirakçılara ətraflı məlumat verib. “Vahid İdarəetmə Sistemi (VİS): Biznesin davamlı inkişafı üçün yol” mövzusunda təqdimatla çıxış edən A.Bayramova NORMDA VİS, İSO 9001/45001/14001, İSO 9001 standartının prinsipləri və tələbləri, həmçinin audit prosesi və prinsipləri haqqında çıxış edib. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti