Logo

Coğrafiya İnstitutunun əməkdaşı iqlim mövzusunda dəyirmi masada iştirak edib

28.11.2023 20:54 192 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin böyük elmi işçisi Cəmilə Əhmədova İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İqlim dəyişmələri” mövzusuna həsr olunmuş dəyirmi masada iştirak edib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbirdə çıxış edən elmi işçi Azərbaycanda iqlim dəyişmələrinə dair elmi araşdırmalardan danışıb, Coğrafiya İnstitutu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında iqlim dəyişmələri ilə əlaqədar əməkdaşlıq məsələlərinə toxunub.

Xəbər lenti