Logo

Tarix İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub

28.11.2023 21:13 205 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Qədim dövr tarixi şöbəsinin kiçik elmi işçisi Selcan Həşimova Ankara Dövlət Universitetində elmi ezamiyyətdə olub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Ezamiyyət müddətində Ankara Universiteti Dil və Tarix - Coğrafiya fakültəsinin Eski çağ dilləri kitabxanası, Halil İnalcık kitabxanası və Türk Tarix Qurumunun kitabxanasında “Qədim Şərq urbanizasiyasının xüsusiyyətləri və e.ə.III-I minilliklərdə Azərbaycan şəhərlərinin funksional təyinatı” adlı dissertasiya mövzusu üzrə yeni materiallar toplanılıb.

Ankara Universitetinin elmi seminarlarına və digər tədbirlərə qatılan gənc tədqiqatçı, həmçinin sözügedən universitetdə keçirilən “Doğu Akdeniz Homininleri” adlı tarixi-antropoloji konfransda da iştirak edib.

Xəbər lenti