Logo

Müəllimlər nə istəyir? - Ekspert rəyi + FOTO

28.11.2023 21:26 262 baxış
IMG

"Əsəbiləşmək dəlilik əlamətidir və psixoloji bir durumdur. Hər bir halda biz təhsil işçiləri təmkinimizi qorumalıyıq. Hamımız bəzən olur əsəbləşir, qəzəblənir və gördüyümüz işdən sıxılırıq. Hər bir müəllim qarşısında onu dinləyən, öyrənmək istəyən, ümumi məqbul davranışlar göstərən şagird və tələbə görmək istəyir".

Tehsil.biz xəbər verir ki, bunu təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, müəllimlik ona görə çətindir ki, heç bir digər peşədə insanlar bütün günü bir çox halda intellekti özündən qat-qat aşağı olan, naz edən, həvəssiz, funksiyasını icra etmək istəməyən insanlarla məşğul olmur:

"Müəllimlər qəzəblənib şagirdə və ya tələbəyə əl qaldırana və onu təhqir edənə qədər haqlıdır. Bunu etdisə, haqsızdır. Müəllimlər siniri çıxarılmış diş kimi olmalıdır. Nə qədər çətin olsa da, bunu bacardıqda professional müəllim ola biləcəyimizi unutmamalıyıq. Şagirdin nadincliyi, tərbiyədənkənar davranışı bizim şəxsimizə yox, peşəmizədir. Bu davranışın isə nizamnamədə lazımi mənfi nəticəsi olmalıdır".

Ekspert hesab edir ki, döymək və söymək polisin yol hərəkətinin təşkilində eyni davranışı göstərməyinə oxşayır:

"Qanun hansı qanun pozuntusuna hansı cərimənin veriləcəyini qeyd edib. Polisin işi sadəcə bunu icra etməkdir. Hansı polis qeyri-peşəkar sayılır? Dostdanə yanaşıb lazımsız suallar verən, sonra başqa məsələlərə keçən, ya da əsəboləşən, söyən və ya döyən polis. Biz müəllimlər də sadəcə rəsmi prosedurları icra etməliyik. Bu işin çox çətin olduğunu bilirəm. Amma etməyimiz lazım olan budur".

Kənan Nağıbəyli

Xəbər lenti